Məxfilik siyasəti
Son yenilənmə: 18 oktyabr 2026
Bu siyasət VotBot-un hansı fərdi məlumatları topladığını, necə istifadə etdiyini və qoruduğunu izah edir. Məlumatların emalı “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.
1. Rollar
- Hesab məlumatları (ad, e-poçt, şirkət): bu məlumatlara görə VotBot məsuliyyət daşıyır.
- Sizin müştərilərinizin məlumatları (WhatsApp nömrəsi, adı, yazışmalar): bu məlumatlar sizə məxsusdur, VotBot onları yalnız sizin adınızdan və xidməti göstərmək üçün emal edir.
2. Topladığımız məlumatlar
- Qeydiyyat məlumatları: ad, e-poçt, şirkətin adı, şifrə (yalnız şifrələnmiş “hash” şəklində saxlanılır).
- Bilik bazasına yüklədiyiniz sənədlər və mətnlər.
- Qoşulmuş WhatsApp nömrəsi üzrə yazışmalar, kontakt adları və nömrələri.
- Texniki məlumatlar: giriş vaxtı, IP ünvanı, brauzer məlumatı (təhlükəsizlik və sui-istifadənin qarşısını almaq üçün).
- Ödəniş məlumatları: ödənişlər bank/ödəniş təşkilatının səhifəsində aparılır; kart məlumatları VotBot-da saxlanılmır.
3. İstifadə məqsədləri
- Xidmətin göstərilməsi: botun cavab verməsi, müraciətlərin toplanması, statistika.
- Hesabın idarə edilməsi, abunə və ödənişlər.
- Təhlükəsizlik, sui-istifadənin aşkarlanması və texniki dəstək.
Məlumatlarınızı satmırıq və reklam məqsədilə üçüncü şəxslərə vermirik.
4. Süni intellekt emalı
Botun cavab yaza bilməsi üçün yazışmanın müvafiq hissəsi və bilik bazanızdan seçilmiş fraqmentlər süni intellekt modeli təminatçısına (hazırda DeepSeek API) göndərilir. Keçmiş söhbətlərdən öyrənmə funksiyasında telefon nömrələri və e-poçt ünvanları avtomatik gizlədilir. Hər şirkətin məlumatı ayrıca saxlanılır və başqa şirkətlərin botları tərəfindən istifadə edilmir.
5. Üçüncü tərəf xidmətləri
- WhatsApp (Meta) — mesajların çatdırılması;
- süni intellekt modeli təminatçısı — cavabların hazırlanması;
- Cloudflare — təhlükəsiz bağlantı və hücumlardan qorunma;
- ödəniş təşkilatı — onlayn ödənişlərin qəbulu.
6. Saxlama müddəti
Məlumatlar hesab aktiv olduğu müddətdə saxlanılır. Hesab silindikdən sonra məlumatlar 30 gün ərzində silinir, qanunla saxlanılması tələb olunan məlumatlar (məsələn, ödəniş qeydləri) istisna olmaqla.
7. Təhlükəsizlik
Bağlantılar HTTPS ilə şifrələnir, şifrələr Argon2 ilə “hash”lənir, inteqrasiya açarları şifrələnmiş saxlanılır, şirkətlərin məlumatları bir-birindən təcrid olunur və girişlər qeydə alınır.
8. Hüquqlarınız
Məlumatlarınızla tanış olmaq, düzəliş etmək, silinməsini və ya emalın məhdudlaşdırılmasını tələb etmək hüququnuz var. Müraciət üçün: [email protected].
9. Kukilər (cookies)
Panelə girişinizi saxlamaq üçün yalnız zəruri sessiya kukisindən və dil seçiminizi yadda saxlamaq üçün brauzer yaddaşından istifadə edirik. Reklam və izləmə kukiləri istifadə olunmur.